n2006

n2006 Dəri və saç 1-03-2023, 08:49

Limon və aspirin sayəsində kəpəkli saçlarla vidalaşın

Limon və aspirin sayəsində kəpəkli saçlarla vidalaşın
Kəpəkdən xilas olmaq istəyənlərə ilk növbədə saç tipiniə uyğun, kəpəklə mübarizə aparan şampundan istifadə etmək tövsiyə edilir.

Ancaq əgər şampun kömək etmirsə, daha təsirli vasitələrə müraciət etməlisiniz. Bunun üçün də evdə hazırlanan təbii maskalar köməyinizə gələ bilər.

1. Aspirin maskası
Adətən, sızanaqlardan xilas edən maskalara əlavə edilən aspirin kəpəyə qarşı da təsirlidir. Aspirin sizi bu problemdən də xilas edəcək və üstəlik, hər hansı əks-təsiri olamayacaq.

Tərkibi:
- Şampun
- Aspirin
- Su

Hazırlanması:
5-6 ədəd aspirini əzin, üzərinə bir neçə damcı su əlavə edib məcun halına gətirin. Bir armudu stəkanı şampunla doldurun. İçərisinə aspirindən əldə etdiyiniz məcunu əlavə edib qarışdırın. Qarışıqla saç diblərini masaj edin. 2 dəqiqə gözləyib saçınızı yuyun.

Kəpəkdən xilas olana kimi hər dəfə saçınızı yuyanda bu prosesi təkrarlayın.

2. Limon maskası
Limonun tərkibindəki turşular kəpəyin qarşısını alır. Həmçinin baş dərisində yaranan göbələk problemini də aradan qaldırır. Qaşıntıya qarşı da təsirlidir.

Yarım limonun suyunu sıxın və yarım stəkan qatığa əlavə edib qarışdırın. Onunla baş dərisini masaj edin. 20 dəqiqə sonra saçınızı şampunla yuyun. Bu prosesi həftədə 2 dəfə
təkrarlayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
429 476 465 429 513 421

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.