n2006

n2006 Sağlamlıq 2-03-2023, 11:30

Dırnaqlarınız laylanıb qırılırsa, bu xəstəliklərdən şübhələnin

Dırnaqlarınız laylanıb qırılırsa, bu xəstəliklərdən şübhələnin
Saçların, dırnaqların və dişlərion vəziyyəti təkcə onlara bahalı qulluqdan asılı olmur. Onlar həm də insanda sağlamlığın və avitaminozun güzgüsüdür.

LoaDinG.Az dırnarların laylanıb, qopub soyulmasının səbəblərini təqdim edir.


Buna xaricdən səbəb dırnaqlara kimyəvi maddə təsiri, aseton, dırnaq boyası, şellak və soyuq hava, xlorlu su olsa da, daxili səbəblər də az deyil.

1. Göbələk infeksiyası ən başlıca səbəbdir, çünki əl-ayaq barmaqları, dırnaq dibləri göbələyin ən çox sevdiyi yerlərdir.

2. Vitamin-mineral çatışmazlığı – daha çox gənclərdə gizli səbəblərdən biridir.

B qrup, D, A, C, kalsiy, maqniy, sink selen çatışmazlığı zamanı saçlar və dırnaqlar zəifləyir, nazikləşir.

3. Anemiya (qanazlığı) – dırnaqların dibində ağ xətt artır, rəngi ağarır.

4. Qalxanvari vəzin hormonal pozuntusu orqanizmin bütün sistemlərinə təsir edir. Bu orqanın işi pozulanda orqanizm sanki sökülüb dağılır. Dırnaqlar da bu səbəbdən zəifləyir, nazilir, soyulur.

5. Şəkərli diabet – aşağı və yuxarı ətraflarda qan dövranını zəiflətdiyindən dırnaqların qanla təchizatı pozulur.

Dırnaq soyulması problemlərində terapevt və endokrinoloqa getmək lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
504 529 460 498 482 487

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.