Bağışla məni

Çox dəydim xətrinə bilmədən sənin
Sənidə itirdim bagışla məni
Əllərim çatmayır uzaqlardasan
Bu eşqi bitirdim bagışla məni
Sənidə itirdim bagışla məni
Əllərim çatmayır uzaqlardasan
Bu eşqi bitirdim bagışla məni

Itirə-itirə gedirəm yolu
Gözlərim yaş ilə doludur-dolu
Sənsizlik cismimi edibdir ölü
Sənidə itirdim bagışla məni
Gözlərim yaş ilə doludur-dolu
Sənsizlik cismimi edibdir ölü
Sənidə itirdim bagışla məni

Ayrılıq od vurub qəlbimi yaxdı
Bizim aramızda şimşəklər çaxdı
Görmədim gələndə ayrılıq vaxtı
Sənidə itirdim bağışla məni
Bizim aramızda şimşəklər çaxdı
Görmədim gələndə ayrılıq vaxtı
Sənidə itirdim bağışla məni

Bir görsən qəddimi necə əyilmiş
Ayrılıq dərd bəla, yanar od imiş
Sənində getməyin əbəs deyilmiş
Sənidə itirdim bağışla məni
Ayrılıq dərd bəla, yanar od imiş
Sənində getməyin əbəs deyilmiş
Sənidə itirdim bağışla məni

Barışa bilmirəm taleyim ilə
Dil açıb bəxtimdə gəlibdi dilə
Sənsiz dərd çəkəcəm mən bilə-bilə
Sənidə itirdim bağışla məni
Dil açıb bəxtimdə gəlibdi dilə
Sənsiz dərd çəkəcəm mən bilə-bilə
Sənidə itirdim bağışla məni
Redaktə etdi: Lola






