n2006

n2006 Sağlamlıq 5-03-2023, 07:30

Qırmızı kələmin sağlamlığa faydaları. Ağ kələmdən qat-qat xeyirlidir!

Qırmızı kələmin sağlamlığa faydaları. Ağ kələmdən qat-qat xeyirlidir!
Ölkəmizdə qırmızı kələm ağ kələmlə müqayisədə daha az yayılıb və mətbəxdə demək olar istifadə olunmur. Lakin qırmızı kələm ağ kələmdən qat-qat daha faydalıdır.

Belə ki, qırmızı kələmdə olan C vitamini ağ kəlmədən 2 dəfə, A vitamini isə 4 dəfə daha çoxdur.


LoaDinG.Az bildirir ki, qırmızı kələm antosian maddələri ilə zəngindir. Ağ kələmdə bu maddələr yoxdur. Məhz antosianlar qırmızı kələmi belə qeyri-adi rəngə “boyayır”. Güclü antioksidantlar olan antosian maddələri kapilyar və damarları möhkəmləndirir, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. Həmçinin antosianlar dərinin vəziyyətinə çox müsbət təsir edir, dərini cavanlaşdırır.

Qırmızı kələm liflərlə zəngindir. Bu liflər bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır. Həmçinin lifli qidalar arıqlamağa kömək edir, xolesterol və şəkərin səviyyəsini aşağı salır.

Qırmızı kələm yodla zəngindir. Yod qalxanvari vəzinin normal fəaliyyəti üçün ən vacib maddədir.

Kələmin tərkibində olan mis, dəmir və fol turşusu bu tərəvəzi qanazlığından əziyyət çəkənlər üçün çox faydalı edir.

Qırmızı kələm fitonsid maddələri ilə də zəngindir. Bu maddələr orqanizmə mikrob və göbələk əleyhinə təsir edir.

Elmi araşdırmalar göstərir ki, istənilən kələm növləri və o cümlədən qırmızı kələm orqanizmi onkoloji xəstəliklərdən qoruyur. Bu xüsusilə süd vəzi və bağırsaq xərçənginə aiddir.

Qırmızı kələmi salatlara əlavə etmək, qovurmaq və s. olar. Nəzərə almaq lazımdır ki, çoxlu miqdarda istehlak olunduqda kələm köp və həzm problemlərinə səbəb ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
379 399 371 363 373 369

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.