ice berg

ice berg Sağlamlıq 7-03-2023, 17:50

Gözlərə faydalı olan QİDALAR

Gözlərə faydalı olan QİDALAR
Həkim dietoloq Anastasiya Yefremova insanın görmə qabiliyyətini yaxşılaşdıran, gözlərə faydası olan məhsullar barədə danışıb.

LoaDinG.aZ Lent.az-a istinadən xəbər verir ki, həkim sink, antioksidant, vitamin və mineralların, Omeqa 3 yağının, xüsusilə A, C, E vitaminlərinin gözlərdə katarakt riskini azaltdığını və yaşla əlaqədar yaranan makulyar degenerasiyanın qarşısını aldığını bildirib.

O qeyd edib ki, həmin maddələri qida əlavəsi kimi yox, elə ərzaq məhsullarından almaq daha faydalıdır.

Həkim yerkökü, bolqar bibəri, şaftalı, ispanaq, yemiş, manqo, şirin kartof, brokkoli, kələm, pomidor, qarğıdalı, portağal və yumurtada gözü qidalandıran maddələrin çox olduğunu bildirib.

"Qırmızı ət, quş əti, paxlalı bitkilər, qoz sinklə zəngindir. Onları yemək sözün həqiqi mənasında gözə işıq gətirir", deyə həkim bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
337 335 329 297 290 339

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.