Ulya

Ulya İslam Dini 28-07-2017, 18:53

Dualar nə zaman qəbul olur?

Dualar nə zaman qəbul olur?
Dualar nə zaman qəbul olur?


Duaların konkret olaraq nə zaman qəbul olduğunu və nə zaman qəbul olmadığını söyləmək düzgün deyil. Allah hər yerdə və hər zaman edilən duaları eşidər, lazım bildiyi duaları cavablandırar. Amma elə vaxtlar var ki, o zaman duaların qəbul olma ehtimalı daha böyükdür. Məsələn, “Üsuli-Kafi”də yazıldığına görə, İmam Cəfər Sadiq (ə) buyururdu ki, dörd vaxtda səmanın qapıları açılar və dualar müstəcab olar: külək əsən zaman, zöhr vaxtı, yağış yağanda və Allah yolunda mömin qanının ilk damcısı yerə töküləndə. Başqa bir hədisdə İmam Sadiq (ə) duaların müstəcab olduğu vaxtları belə xatırladır: vitr namazında, fəcrdən (sübh namazından) sonra, zöhrdən sonra və məğribdən sonra. Həzrət Əli (ə) dörd yerdə dua etməyə çağırırdı: Quran oxunanda, azan deyiləndə, yağış yağanda, haqq və batil qoşunları toqquşanda.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1536 1531 1408 1338 1497 1322

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.