sonsuz_sevgi

sonsuz_sevgi Sağlamlıq 12-03-2023, 14:30

Ən faydalı bal hansıdır?

Ən faydalı bal hansıdır?
Tanınmış rusiyalı qida mütəxəssisi, tibb elmləri doktoru Viktor Konışev АиФ nəşrinə balın faydası və ziyanı haqqında damışıb. Həkimin fikrinə görə, balın bir çox müalicəvi xüsusiyyətləri xeyli şişirdilib.

LoaDinG.Az bildirir ki, alimin sözlərinə görə bal həqiqətən müəyyən iltihab və virus əleyhinə təsirə malikdir, bioloji aktiv maddələrlə zəngindir, qızdırmanı salmağa, öskürəyi müalicə etməyə yardım edir. Lakin bu əsasən cökə balına aiddir. Cökə balı ən faydalı baldır. Digər bal növlərinin müalicəvi təsiri daha azdır.


Həmçinin həkim qeyd edib ki, balın istehlakı qanda şəkərin kəskin qalxmasına səbəb olur. Bu isə orqanizmə mənfi təsir edir. Həkim baldan sui-istifadə etməməyi çağırıb.

Həmçinin Konışev qeyd edib ki, balı isti suya və ya çaya əlavə edib içmək orqanizmə nəinki fayda vermir, əksinə ziyan vurur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
383 358 313 331 354 363

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.