n2006

n2006 Sağlamlıq 12-03-2023, 15:11

Portağal tək C vitamini deyil... Bilmədiyiniz faydaları

Portağal tək C vitamini deyil... Bilmədiyiniz faydaları
Bir çoxların fikrinə görə, portağalın əsas faydası tərkibində çoxlu miqdarda C vitamini ilə bağlıdır.

Portağal həqiqətən bu vitaminlə olduqca zəngindir. Yalnız 1 meyvənin tərkibində 1 günlük C vitamininin dozası var.


Lakin portağal digər faydalı maddələrlə də zəngindir.

Belə ki, onun tərkibində A, B1, B2, B9, PP, E vitaminləri, dəmir, marqans, yod, kobalt, mis, ftor, sink, kalium, kalsium, maqnezium, fosfor, flavonoidlər, orqanik turşular, qidalı liflər və s. faydalı maddələr var. Məhz bu səbəbdən portağal orqanizmin bir çox orqan və sistemləri üçün çox xeyirlidir.

1. LoaDinG.Az bildirir ki, portağal orqanizmə xərçəng əleyhinə təsir edir. Onun tərkibində D-limonen maddəsi var. Bu maddə dəri, süd vəzi, ağciyər, ağız və yoğun bağırsaq xəsrənginin profilaktkasında böyük rol oynayır.

2. Dediyimiz kimi, portağal C vitamini ilə çox zəngindir. C vitamini soyuqdəymə və qripp xəstəlikləri zamanı daha tez sağalmağa kömək edir. Həmçinin C vitamini damarların sağlamlığı üçün çox vacibdir, damarların sərtləşməsinin qarşısını alır.

3. Portağal arterial təzyiqi aşağı salır, ürəyə düşən gərginliyi və ürək xəstəliklərinin riskini azaldır, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.

4. Portağal böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır.

5. Liflərlə zəngin olan portağal (xüsusilə onun ağ qabığı) qanda xolesterinin səviyyəsini aşağı salır, bağırsaqları təmizləyir.

6. Portağal pektinlərlə zəngindir. Bu maddələr orqanizmi şlak və toksinlərdən təmizləyir.

7. Portağal insanın əhvalını yaxşılaşdırır, stressi azaldır, orqanizmin tonusunu artırır, yorğunluğu azaldır.

8. Portağalın tərkibində olan antioksidantlar, C vitamini və fol turşusu spermanın keyfiyyətini yaxşılaşdırır.

9. Portağal orqanizmdə iltihabları azaldır.

10. Mis, dəmir və fol turşusunun sayəsində portağal qanın tərkibini yaxşılaşdırır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
387 398 381 365 427 357

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.