n2006

n2006 Mətbəx 14-03-2023, 13:00

Novruz süfrəsi üçün “Səbət” salatı

Novruz süfrəsi üçün “Səbət” salatı
Bayram axşamlarında süfrənizi adət-ənənələrə uyğun bəzəmək arzusunda olsanız da, hər il özünüzü təkrarlamaq sıxıcı ola bilər. Odur ki, süfrəyə verilən təamları Novruzun atributlarını nəzərə alaraq qeyri-adi üsulla bəzəyə bilərsiniz. Novruz süfrələrində yaşıl və qırmızı rəngin xüsusi yeri var. Məsələn, bu gün sizə təqdim edəcəyimiz “Səbət” salatı həm göz oxşayır, həm də Səməninin yanına yaraşır.

Tərkibi:

Zövqə uyğun olaraq hər hansı salat növü

Bulka

Göy soğan, yaxud tərxun

Kolbasa

Duzlu çöp



Hazırlanması:

Bulkanın üstünü kəsib götürün. Kolbasanı nazik doğrayın. Onun ölçüsü bulkadan azca balaca olmalıdır. Kolbasanı bulkanın ortasına yerləşdirin. Kənarlarına isə (bulkanın üstünə) 10-12 ədəd duzlu çöp basdırın. Kolbasa dilimi ortada qalacaq. Beləliklə, “səbətin” içini salat ilə dolduranda bulka islanmayacaq. Kolbasa yerinə, lazım gələrsə, ərinmiş pendir dilimi də qoya bilərsiniz.

Göy soğan, yaxud tərxun yarpaqlarını duzlu çöplərin arasından səliqəylə keçirməklə səbət toxuyun. Hazır olandan sonra içini salatla doldurun. Budur, Novruz süfrənizin ən iddialı salatı artıq hazırdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
623 651 617 570 549 527

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.