ice berg

ice berg Sağlamlıq 12-03-2023, 21:51

Yatmazdan əvvəl bu qidaları yeməyin

Yatmazdan əvvəl bu qidaları yeməyin
Yatmazdan əvvəl yanlış qidalar yemək nəinki yuxuya getməyi, hətta gecə boyu yatmağı da çətinləşdirə bilər.

LoaDinG.aZ “SheFinds diyetisyen Trista Best” saytına istinadən xəbər verir ki, axşam yeməyinə yağlı yeməklər qətiyyən olmaz. Gecəni rahat yatmaq istəyənlər mütləq tərkibində çox yağ olan qidalardan uzaq durmalıdır.

Bu bir neçə faktorla bağlıdır. Birincisi, onlar həzm sisteminizi poza bilər. Çünki yağlı qidaların həzm edilməsi daha uzun çəkir, bu da narahatlığa səbəb olur və yuxuya mane törədir. Həmçinin, yüksək yağlı qidalar vücudunuz onu parçalamaq və qida maddələrini qəbul etmək üçün daha çox çalışmalıdır.

Qan şəkəri səviyyəsi yuxu keyfiyyətinə təsir edən digər vacib amildir. Belə ki, yağlı qidalar qan tərkibindəki şəkər səviyyələrində dalğalanmalara səbəb ola bilir. Bu da stress hormonlarının artmasına və yuxunun pozulmasına gətirib çıxarır.
Qısacası, rahat yuxunu təmin etmək üçün yatmazdan ən azı iki-üç saat əvvəl ağır və ya yağlı qidalardan qaçınmaq, daha yüngül, qidalandırıcı maddələrlə zəngin seçimlərə üstünlük verilməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
360 352 376 406 314 301

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.