reklam
Demə ki, "Səni yada salmışam" Demə ki, "Səni yada salmışam" http://take.az/uploads/posts/2017-07/1501314806_cbbfnz3ucaalras.jpg
Ulya

Ulya Şeirlər 29-07-2017, 11:54

Demə ki, "Səni yada salmışam"

Demə ki, "Səni yada salmışam"
Demə ki, "Səni yada salmışam"




Baxdıqca pəncərənə qəlbim küsür inciyir,

Baxdıqca yağışına sözüm bitir, tükənir,
Əsdikcə həzin külək deyir mən yanılmışam.
Heç olmasa demə ki, "səni yada salmışam".

Bahar həsrətindəkən, alışmışam, yanmışam
Payız xəzanındaykən, səniz çox darıxmışam.
Qışın soyuq gecəsi titrəmişəm, donmuşam.
Heç olmasa demə ki, "səni yada salmışam".

İllər ötür ömürdən yaşadıqca hər anı,
Zaman-zaman ümidlər yaşadır hər insanı.
Unutduqca mən səni yenə gəlib hər gecə
Heç olmasa demə ki, "səni yada salmışam".




Zaman keçir ömürdən, yamanca yorulmuşam,
Yoxsa həyat yolunda tək-tənha oturmuşam?

Daha ömür kasamı bitirmişəm, aşmışam,
Heç olmasa demə ki, "səni yada salmışam".

Xəzan yarpağı kimi saralmışam, solmuşam.
Dərdələrimi unudub yaman fikrə dalmışam,
Gözüm qalan yollarda səni hey axtarmışam
Heç olmasa demə ki, "səni yada salmışam".

Həyatın sınağında alışıram, yanıram.
Hər bir əzabına səbr edirəm, danmıram,
Sizə cavab olaraq yazıram, yaradıram
Heç olmasa demə ki, "səni yada salmışam".




Doğulandan həyatı bahar kimi sanmışam
Nə qışı, nə payızı mən bir heçə saymışam.
İndi qəlbim titrəyir, sanki bütün donmuşam
Heç olmasa demə ki, "səni yada salmışam".

Hər əsərdə obrazı sevgiylə yaratmışam.
Onun varlığı ilə nəfəs belə almışam.
Zaman keçir, bax, budur bir əfsanə olmuşam.
Heç olmasa demə ki, "səni yada salmışam".

Heç bilmirəm niyəsə bulud kimi dolmuşam
Əsər yazıb qəlbimi ovutmuşam, ovmuşam.
Hər gecə pəncərənə toxunan mən olmuşam.
Heç olmasa demə ki, "səni yada salmışam".

Hər kitabın içində başqa dünya sanmışam.
Ruhum susur, mənsə yarpaq tək saralmışam.
Gözlərimdə səadət, məhəbbət daşımışam
Heç olmasa demə ki, "səni yada salmışam".

Yaralı bir quş kimi səmada çırpınmışam.
Gücüm bitdi ordanca torpağa çırpılmışam
Baxdım tamam tənhayam canımı tapşırmışam.
Heç olmasa demə ki, "səni yada salmışam".




Daha taqət qalmadı ömürü uzun bilmişəm.
Oyanıb birgun yuxudan günahları görmüşəm.
Elə indi tövbə edib irəliyə gəlmişəm
Heç olmasa demə ki, "səni yada salmışam".

Necə dəfə boş yerə hirsimdən ağlamışam.
Ayılanda sadəcə reallıqdan qaçmışam.
Elə indi son defə pəncərəndən baxmışam
Heç olmasa demə ki, "səni yada salmışam".

İndi bahardı mənsə qışda qalmışam
Titrəyir ürəyim donub yerimdə qalmiışam
Bir dəfə sevin deyə hey üzünə baxmışam.
Heç olmasa demə ki, "səni yada salmışam".




Daha ağlamıram silindi göz yaşlarım
Yetərlidir bir dostum bir sirdaşım
İtirdikcə dostları yenisin qazanmışam
Heç olmasa demə ki, "səni yada salmışam".

Nə naz qaldı, nə yanaq həyatdan usanmışam
Daha ömür də qonaq təkcə mən olmuşam.
Birdəfəlik anlayaq yetərincə qalmışam
Heç olmasa demə ki, "səni yada salmışam".

Daha yoxdur nə arzum, nə də şirin büsatım
Yetər mənə tək qolum, bir də sınıq qanadım.
Var oldum bugünlə, yoxdur daha sabahım
Heç olmasa demə ki, "səni yada salmışam".


Qorxutmaz pəncərə,nə pərdə məni,
Uzatsam yandırar əllərim səni.
Dindirmə, danışsam ağladar səni,
Qəmli xatirəmə mən sığınmışam.
Düşünmə ki, "səni yada salmışam"...



Redakte etdi Ugurboceyi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
541 493 438 470 490 384

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.