n2006

n2006 Sağlamlıq 19-03-2023, 08:30

3 ən ziyanlı gigiyena vərdişi

3 ən ziyanlı gigiyena vərdişi
Gigiyena qaydalarına riayət etmək insan sağlamlığında böyük rol oynayır.

Lakin bəzi faydalı bildiyimiz gigiyenik vərdişlər əslində sağlamlığımıza yalnız ziyan vurur.

LoaDinG.Az xəbər verir ki, ABŞ-ın gigiyena sahəsində mütəxəssisləri belə vərdişləri araşdırıb.

Onların fikrinə görə, ən ziyanlı gigiyena vərdişi antibakterial gel və sabunlardan müntəzəm istifadə etməkdir. Belə vasitələrin tərkibində olan triklozan orqanizm üçün ziyanlı sayılır.

Həmçinin antibakterial vasitələr dərini çox qurudur, onu daha həssas edir, dərinin normal mikroflorasını pozur, yerli immuniteti zəiflədir.

Digər ziyanlı vərdiş yeməkdən dərhal sonra dişləri təmizləməkdir. Bu halda qida turşuların diş emalına olan təsiri artır ki, bu da emalın daha tez dağılmasına səbəb olur.

Müntəzəm olaraq cod hamam lifləri, qaynar su və kosmetik skrablardan istifadə də dərinin sağlamlığı üçün ziyanlıdır. Bunun nəticəsində dərinin qoruyucu qatı zədələnir, yuyulur, yerli immunitet zəifləyir.

Dərinin immunietinin zəiflənməsi müxtəlif səpgilər, yaralar, sızanaqlar, akne, göbələk, dəri xəstəliklərinə (dermatit, ekzema və s.) səbəb ola bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
312 347 292 288 314 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.