Ulya

Ulya Şeirlər 29-07-2017, 21:41

Şirin xatirələr

Şirin xatirələr
Şirin xatirələr


Hərdən gəldiyini görürəm sənin.
Sən demə xəyallar aldadır məni.
Keçmişi gözümdə canlandıranda.
Şirin xatirələr ağladır məni.


Səndən qeyriləri yanmır oduma.
Hardasan sevgilim yetiş dadıma.
Xoşbəxt günlərimiz düşür yadıma.
Şirin xatirələr ağladır məni.


Nə vaxtdı xəbərim yoxdu özümnən.
Hər gecə gözlərim çıxır sözümnən.
Deyimmi nə yaşdı axır gözümnən?
Şirin xatirələr ağladır məni.


Şəklinlə bəzənib mənim sol-sağım.
Sevdiyin çiçəklə doludur bağım.
Bir vaxt qiymətini anlamadığım,
Şirin xatirələr ağladır məni.


Redaktə Etdi Xaliq

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
794 740 686 687 636 651

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.