DeliBirHatun

DeliBirHatun Mətbəx 27-03-2023, 08:00

Bu salatı dadandan sonra “stoliçni”, “mimoza” yaddan çıxacaq!

Bu salatı dadandan sonra “stoliçni”, “mimoza” yaddan çıxacaq!
Pekin kələmi ilə toyuq salatı

Ərzaqlar:

Toyuq filesi – 1 ədəd
Pekin kələmi – 300 qr.
Duzlu və ya təzə xiyar – 1 ədəd
Yaşıl soğan – yarım dəstə
Yumurta – 4 ədəd
Duz – istiot
Mayonez və ya xama

Hazırlanması:

Toyuq filesini azca duzlu suda qaynadırsınız. Pekin kələmini uzunsov doğrayırsınız, yaşıl soğan xırdalanır. Xiyar da doğranılır. Yumurtalar bişirilir, soyulur, kub formasında doğranılır. File də kublara ayrılır. Sonra dərin bir qabda bütün ərzaqlar qarışdırılır, duz-istiot, mayonez (xama) vurulur. Süfrəyə verən zaman üzərini sürtgəcdən keçirilmiş holland pendiri ilə bəzəyə bilərsiniz.
Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
454 427 351 410 397 436

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.