n2006

n2006 Mətbəx 29-03-2023, 07:30

Balıq dolması – HAZIRLANMA QAYDASI

Balıq dolması – HAZIRLANMA QAYDASI
Dəniz məhsulları bol vitaminli tərkibi ilə seçilən əsas qida növlərindən biridir. Budəfəki məqaləmizdə sizinlə çoxumuzun sevimli yeməklərindən olan balıq ətindən hazırlaya biləcəyimiz fərqli bir yeməyin – balıq dolmasının reseptini bölüşmək istəyirik.



Bunun üçün bizə lazımdır:

300 qram balıq əti;

Bir baş soğan

Bir ədəd keşniş

Üzüm yarpağı

Duz, istiot

Dolma

Bu resept üçün kütüm, suf, və ya ağ balığı seçməyiniz daha məsləhətlidir. Balğın ətini sümükdən ayırmaqla işə başlayırıq. Daha sonra ayrı qabda soğan, keşnişi xırda-xırda doğrayırıq. Soğan və keşnişi balıq əti ilə qarışdırırb ətçəkən maşından keçiririk. Daha sonra bu qarışığa duz-istiot vurub kənara qoyuruq. Ayrı qabda üzüm yarpağının saplağını kəsib qaynar suda pörtürük. Yarpağın hər birinə 25-30 qram balıq qiyməsi qoyub bükürük. Qazana yarım stəkan su əlavə edib bişməyə qoyuruq. 40-45 dəqiqəyə yemək süfrəyə təqdim edilməyə hazırdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
489 445 419 427 417 475

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.