n2006

n2006 Mətbəx 29-03-2023, 19:00

Bulğur küftəli şorbanı belə hazırlayın – RESEPT

Bulğur küftəli şorbanı belə hazırlayın – RESEPT
LoaDinG.Az dadı damağınızda qalacaq fərqli ləzzət təqdim edir.



Tərkibindəkilər:

Yarım kilo qırmızı ət

4 xırda soğan

2 xörək qaşığı tomat

100 qr yağ

1 stəkan qaynamış noxud

Duz

İstiot

5-6 stəkan isti su



Bulğur küftəsi üçün:

1 stəkan bulğur

200 qr qiymə

1 ədəd yumurta

1 xörək qaşığı tomat

Duz

İstiot



Hazırlanması:

Bulğur küftəsi üçün bulğurun içinə qarışdıraraq isti su əlavə edin və ağzını örtüb 30 dəqiqə elə saxlayın.

Daha sonra qiyməni, tomatı, yumurtanı, duzu, istiotu əlavə edib yaxşıca qarışdırın.

Hazırlanmış qarışımdan balaca toplar hazırlayıb una batırın.

Qırmızı ətləri nazik xırda şəkildə doğrayıb içinə az su əlavə edin və suyunu çəkənə qədər bişirin.

Suyunu çəkən ətlərin içinə yağı əlavə edib bir az qovurun. Sonra tomatı əlavə edib qovurmağa davam edin. Soğanları, isti suyu da əlavə edib qaynadın.

Daha əvvəl hazırladığınız bulğur küftələrini, qaynamış noxudu, duz və ədviyyatları əlavə edib bişirin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
452 483 449 497 450 476

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.