sonsuz_sevgi

sonsuz_sevgi Sağlamlıq 4-04-2023, 12:30

Öskürəkdən qurtulmağın asan yolu: su, soğan və...

Öskürəkdən qurtulmağın asan yolu: su, soğan və...
Havanın soyuması və siqaretdən istifadə öskürək hallarının artmasına səbəb olur. Öskürəyin inkişafının ən əsas səbəbi isə nəfəs borusu və ağciyərdəki xoşagəlməz tullantıların xaric olunmamasıdır. Lakin öskürəkdən sadə bir reseptlə xilas ola bilərsiniz. Bunun üçün evinizdə olan 3 ərzaqdan istifadə edin.
LoadinG.Az öskürəkdən xilas olmağın ən asan yolu ilə sizi tanış edir.
Ərzaqlar:
- 3 stəkan su
- 1 ədəd soğan
- 1 ədəd limon
- 2 xörək qaşığı bal
Hazırlanması:
3 stəkan suyu dərin bir qabda qaynadın. Sonra soğanı soyub iki yerə bölərək qaynayan suyun içərisinə atın və 15 dəqiqə qaynadın. 15 dəqiqə tamam olduqda soğanı qazanın içərisindən çıxarın və suyu ilıqlanmağa qoyun. Sonra içərisinə 2 şorba qaşığı bal və limon suyu əlavə edərək içə bilərsiniz.
Qeyd: Soğan qoxusunun qarşısını almaq üçün içərisinə darçın əlavə edə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
393 367 354 356 249 365

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.