n2006

n2006 özünü 🙁 darıxan hiss edir. Şeirlər 14-06-2023, 08:00

✎﹏﹏B̟i̟r̟c̟ə̟ z̟ə̟n̟g̟ i̟l̟ə̟﹏﹏

✎﹏﹏B̟i̟r̟c̟ə̟ z̟ə̟n̟g̟ i̟l̟ə̟﹏﹏
Son zəng çalınacaq ayrılıq üçün,
Yeni bir həyata başlamaq üçün.
Məzunlar dolublar, ağlamaq üçün.
On bir il bitəcək bircə zəng ilə.


Neçə sevgililər indi çəkir qəm,
Dostlardan, yarından ayrı düşür həm.
Hərənin əlində karandaş, qələm,
Xatirə yazılır bircə zəng ilə.


Hələ isti-isti bilinmir həsrət,
Deyirsən, gülürsən, edirsən söhbət.
Vaxt gəlib ötənn də bilərsən əlbət,
Çox şeyi itirdin bircə zəng ilə.


Bu anlar həmişə ürəkdə qalar,
İnsan yaşa dolar, insan qocalar,
Nəvələr köhnə bir köynəyi tapar.
Üstü də yazılmış bircə zəng ilə.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
492 523 397 429 505 484

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.