n2006

n2006 Mətbəx 5-04-2023, 18:48

Fərqli dad axtaranlar üçün - İftar menyusu

Fərqli dad axtaranlar üçün - İftar menyusu
"İftara nə bişirə bilərəm?" deyənlər üçün maraqlı və fərqli tamı olan şorba və keks reseptimiz var.

LoaDinG.Az təqdim edir:

Pomidor şorbası

• 5 ədəd böyük ölçüdə sulu pomidor

• 2 yemək qaşığı un

• 1 yemək qaşığı kərəyağı

• 4 su stəkanı isti ət suyu

• 2 çay stəkanı isti süd

Fərqli dad axtaranlar üçün - İftar menyusu

Pomidor şorbasının hazırlanma qaydası

1 yemək qaşığı kərə yağını bir tavada əridin. 2 yemək qaşığı unu əlavə edib, qoxusu çıxana qədər zəif odda kərə yağında qovurun. 5 ədəd rəndələnmiş pomidoru qovrulmuş un qarışığına əlavə etdikdən sonra 5 dəqiqəyə qədər bişirin. Üzərinə 4 su stəkanı isti ət suyunu əlavə edin. Kəsilməməsi üçün kiçik bir qabda qızdırdığınız 2 çay stəkanı südü az-az əlavə edib sürətli qarışdırın. Şorbanı qaynayana qədər orta odda, daha sonra zəif odda 15 dəqiqəyə qədər bişirin. Daha hamar qarışıq olmağı üçün blenderdən keçirin. Servis edərkən boşqablara rəndələnilmiş holland pendiri səpin.

Ağlayan keks

• 4 ədəd yumurta

• 1 su stəkanı şəkər

• 1/2 qəhvə fincanı maye yağ

• 1/2 su stəkanı süd

• 1,5 su stəkanı un

• 1 paket qabartma tozu

• 1 paket vanil

• 1 çay stəkanı kakao

Fərqli dad axtaranlar üçün - İftar menyusu

Ağlayan keksin üstü üçün

• 2 paket krem şanti

• 1 paket hazır şokolad sousu

Hazırlanma qaydası

Yumurta və şəkər tozunu əriyənədək çırpın. İçinə maye yağ və süd əlavə edib çırpmağa davam edin. Un, kakao, qabartma tozu və vanili əlavə edin qarışdırın. Yağlanmış qaba keks xəmirini töküb əvvəlcədən isidilmiş 180 dərəcə sobada bişirin. Sobadan çıxardığınız keksin üzərinə 2 su stəkanı süd töküb isladın. Bir qabın içində soyuq südü və krem şantini çırpın. Qabarıqdan sonra soyuducuya qoyub gözlədin. Bu vaxta qədər isə keksinizi soyudun. Soyuyan keksin üzərinə soyuq krem şantini sürtün. Əgər keks soyumasa krem əriyəcək. Keks mütləq soyumalıdır. Bir tərəfdən də şokolad sousunu bişirin və soyumağa qoyun. Aram-aram qarışdırın ki qabıq bağlamasın. Krem şantinin üzərinə tökün. Dilimləyib servis edə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
661 627 618 573 575 514

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.