ice berg

ice berg İdman 6-04-2023, 09:53

"Real" "Kamp Nou"da "Barselona"nı darmadağın edib FİNALA ÇIXDI

"Real" "Kamp Nou"da "Barselona"nı darmadağın edib FİNALA ÇIXDI
İspaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

LoaDinG.aZ matc.az-a istinadən bildirir ki, bu gün sonuncu finalçının adına aydınlıq gəlib.

"Real" səfərdə "Barselona"nın qonağı olub. Bu komandalar arasında Madriddə keçirilmiş ilk oyun Kataloniya təmsilçisinin qələbəsiylə yekunlaşmışdı. Cavab görüşündə isə "Real" 4 cavabsız qolla qalib gələrək finala yüksəlib.

Daha öncə "Osasuna" Bilbao "Atletik"ini iki oyunun nəticəsinə əsasən üstələyərək finala çıxmışdı. Beləliklə, finalda "Real"la "Osasuna" üz-üzə gələcək.

İspaniya kuboku
Yarımfinalın cavab oyunları

4 aprel


Atletik - Osasuna 1:1
Qol: İ.Uilyams, 33 - P.İbanes, 116.
İlk oyun - 0:1.

5 aprel

Barselona - Real 0:4
Qol: J.Vinisius, 45+1. K.Benzema, 50; 58; 80.
İlk oyun - 1:0.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
357 356 371 394 376 352

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.