KiBirLi_PrenS.

KiBirLi_PrenS. Məsləhətlər 9-04-2023, 16:47

İmsak və iftarda nələrə diqqət etməliyik? - Həkim məsləhəti

İmsak və iftarda nələrə diqqət etməliyik? - Həkim məsləhəti
Xəbər verdiyimiz kimi, sabah (23 mart) Razaman ayı başlayır.
LoaDinG.Az fitoterapevt Fizuli Hüseynovun Ramazan ayında düzgün qidalanma, yəni imsakda (sahurda) və iftarda bizə zərər verməyəcək yeməklər haqqında məlumatını təqdim edir:

İmsakda qidalanma
Səhər, yəni imsakda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmaq, kəpəkli çörək yemək vacibdir, çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec həzm olunur, bu, uzun zaman ac qalmaq üçün faydalıdır. Ağ çörək tez sorulduğundan yeməkdən sonra qanda şəkərin miqdarı çox qalxır və tez də düşür. Suda qaynadılmış yumurtaya üstünlük verilməlidir, onun tərkibindəki zülal orqanizmin enerji balansını qoruyur. Suda qaynadılmış tikə ət də bu yöndən faydalıdır. 3-4 ədəd xurma yemək də faydalıdır, xurmada həm karbohidrat, həm zülal, həm də az miqdarda yağ var.
Kəpəkli undan hazırlanmış makaron, yerli düyü, duzsuz pendir, qaymaq, xama yemək faydalıdır. Süddə bişmiş yulaf və ya müsli insanı uzun müddət tox saxlayır. Bol su qəbul olunmalı, köpün olmaması üçün razyana və çobanyastığı əlavə edilmiş çay içilməlidir. Limon və ya məkkəgülü ilə dəmlənmiş çay da susuzluğun qarşısını almaq üçün yaxşı vasitədir.
1 xörək qaşığı məkkəgülü çiçəklərini 3 stəkan suya tökün, üzərinə 2 çubuq darçın, 2 ədəd doğranmış alma, 2 xörək qaşığı bal və ya şəkər tozu əlavə edib zəif odun üzərində 5 dəqiqə qaynadın, sonra soyuducuya qoyun, səhər imsak zamanı için. Bu içki həm dadlıdır, həm də susuzluğun qarşısını almaq üçün əla vasitədir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
420 353 387 383 434 410

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.