KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 12-04-2023, 13:30

Əhli-Beyt – haqla batili ayırmaq məhvəridir

Əhli-Beyt – haqla batili ayırmaq məhvəridir
İmam Zaman ağa (ə.f) buyurur: "Haqq biz Əhli-Beytlədir (ə).

Bizlərdən bəzisinin kənara çəkilməsi heç bir zaman bizi qorxutmasın.

Çünki biz - Allahın yetişdirmələriyik, Allahın başqa məxluqları isə bizim yetişdirmələrimizdir".

Hədisin şərhi.

Bu hədisi Şeyx Tusi İmam Zaman ağadan (ə.f) mötəbər bir sənədlə nəql etmişdir. Əziz İmam (ə.f) bu nurani hədisində üç nöqtəyə işarə edir:

1. Bütün haqq və həqiqət Əhli-Beytlə (ə) və onlarla bir yerdə olanlardadır. Belə ki, Əhli-Beyt (ə) - haqla batili ayırmaq mehvəridir.

Bu ikisini bir-birindən ayırmaq üçün onların rəftarına, sünnətinə müraciət etmək lazımdır.

2. O kəs ki, haqq onunladır, tək qalmağından dəhşətə düşməməlidir. Öz tərəfdarlarının az və çox olmasına baxmamalıdır.

İmam Kazım (ə) Hişama buyurur: "Ey Hişam! Əgər sənin əlində qoz olsa, bütün insanlar desə ki, o dürdür - sənin üçün faydası olmaz. Çünki sən bilirsən ki, əlindəki qozdur.

Əgər əlində dürr olsa, insanlar desə ki, qozdur - sənə ziyan vurmaz. Çünki sən bilirsən ki, sənin əlində olan dürdür".

İmam Əli (ə) buyurur: "Hidayət yolunda əhlinin az olmasından qorxmayın".

3. Əhli-Beyt (ə), əqaid və dini əməllərində insanlara möhtac deyildir. Allah tərəfindən onlara çatan kifayət edir. Halbuki, ümmət bu mövzularda həmişə Əhli-Beytə (ə) möhtacdır. Kitaba və sünnətə müraciət etmək kifayət etmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
567 580 500 499 560 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.