ice berg

ice berg Sağlamlıq 12-04-2023, 15:00

Balış - sızanaqlar və allergiyanın səbəbi

Balış - sızanaqlar və allergiyanın səbəbi
Diş fırçası və yataq ağlarından fərqli olaraq evlərdə balışlar çox nadir hallarda dəyişdirilir. Xüsusən də balış sevimli olanda.

LoaDinG.aZ bildirir ki, Londonun Sent Bars xəstəxanasının həkimləri xəbərdar edirlər ki, balışın istifadəsindən 2 il keçəndən sonra onun 1/3 çəkisi toz, gənə, bakteriya və onların həyat fəaliyyətlərinin məhsullarından ibarət olur.

Fərqi yoxdur balış quş tükündəndir, yoxsa sintetikdir. Xəstəxanada yatmaq üçün nəzərdə tutulan balışlar antibiotiklərə davamlı qızıl stafilokokkun (sızanaqlardan tutmuş pnevmoniya və meningitə qədər xəstəliklərin səbəbi) və klostridiya diffisilenin (güclü ishalın səbəbi) daşıyıcısı kimi aşkar olub.

Ev balışlarında bu qədər təhlükəli mikroorqanizmlər olmasa da, dəyişdirilməyən balışlardakı olan toz, diri və ölü gənələr və onların nəcisləri insanı balışı vaxtı vaxtında dəyişməyə düşündürməlidir. Mütəxəssislər balışları hər 6 aydan bir yumağı və ya təzələri ilə əvəz etməyi tövsiyə edirlər. Xüsusilə bu allergik xəstəliklərdən. astmadan, allergik bronxitlərdən əziyyət çəkənlər üçün vacibdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
325 367 325 319 342 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.