n2006

n2006 Münasibətlər 15-04-2023, 15:15

Sevgilinizə yalan danışmısınızsa - KÖNLÜNÜ BELƏ ALIN...

Sevgilinizə yalan danışmısınızsa - KÖNLÜNÜ BELƏ ALIN...
Cütlüklər arasında münasibətlərin güclü olması və sağlam şəkildə davam etməsi üçün güvənə ehtiyac var. İstər kiçik, adi, istər maliyyə mövzuları və ya sədaqət kimi daha böyük mövzular olsun, yalan söyləmək münasibətlərin ehtiyacı olan güvən faktorunu azaltmağın başlıca səbəblərindən biridir. Münasibətlərdə güvən hissinin vacibliyindən bəhs edək.

Əgər münasibətlərdə güvən itirilərsə, sonra onu yenidən qazanmaq bəzən qalxması qeyri-mümkün olan bir dağ kimi görünə bilər. Ancaq yalan söylədikdən sonra münasibəti bərpa etmək səmimiyyət və bağlılıqla mümkündür.

Əvvəlcə söylədiyiniz yalanların hamısını dürüstcə etiraf edin. Bir hissəsini gizli saxlamaq və ya detallarını açıqlamamaq fikrindən vaz keçin. Çünki bu detallar vaxt keçdikcə özünü göstərir və bu dəfə nəticələr daha da pis ola bilər. Fürsətiniz olduğu zaman tamamilə dürüst olmadığınız üçün daha da etibarsız bir insan imici yaradarsınız. Etibarlı biri olduğunuzu tərəf müqabilinizə yenidən xatırladın və bunu bir daha nümayiş etdirin. Bu mərhələdən sonra verdiyiniz sözlərə əməl etmək, tərəf müqabilinizin ehtiyacı olduğu zaman əlçatan olmaq bunun yollarından biridir. Sizə güvənə biləcəyini göstərmək üçün ona zəng edəcəyinizi söylədiyiniz vaxtda zəng edin və tarix mövzusunda səmimi olun.

Yalan söylədikdən sonra onu incitmiş ola biləcəyinizi qəbul edin. Tərəf müqabilinizin bu mövzudakı hisslərini paylaşmasına imkan verin. Çətin mövzulardan qaçmayın və az keçməmiş bu mövzuları yenidən gündəmə gətirməyin.

Tərəf müqabilinizin bu problemin öhdəsindən gəldiyinizi fərq edənə qədər onunla ünsiyyətə girməkdən çəkinməyin. Onun sərhədlərinə hörmət edin və gələcəkdə baş verə biləcək problemlərin qarşısını almaq üçün sizin gözləmədiyiniz mövzularda da açıq olun. Yerinə yetirə bilməyəcəyiniz söz verməyin.

Əgər yalan söyləmək sizin üçün hər zaman bir problemdirsə, mütəxəssisə müraciət edin və bu pis vərdişdən azad oldun. Yalan söylədikdən sonra tərəf müqabilinizin özünə gəlməsi üçün ona vaxt verin və bu müddətdə səbirli olun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
488 549 493 484 493 495

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.