KiBirLi_PrenS.

KiBirLi_PrenS. Programlar 14-04-2023, 23:00

Whatsapp”da yeni funksiyalar istifadəyə verildi

Whatsapp”da yeni funksiyalar istifadəyə verildi
WhatsApp"ın tərtibatçıları bir sıra yenilikləri özündə cəmləşdirən messencerin yenilənmiş versiyasını təqdim ediblər.

Artıq istifadəçilər qrup zəngləri zamanı digər iştirakçıların səsini tamamilə ala bilərlər. Bildirilir ki, bu, həmsöhbətlərdən biri mikrofonu söndürməyi unutduqda, çox faydalı ola bilər.

Xüsusiyyət qrup zənginin hər bir üzvü üçün əlçatan olacaq və menecer tərəfindən məhdudlaşdırılmayacaq.

Həmçinin qrup zənginin iştirakçıları bir-birlərinə şəxsi mesajlar göndərmək imkanı əldə edəcəklər. Bununla yanaşı, yeniliyə əsasən, qrup çatına yeni istifadəçi qoşulduqda bütün iştirakçılara xüsusi bildiriş göndərilcək.

Sözügedən funksiyalar həm "Android", həm də "iOS" sistemləri üçün keçərlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
483 457 433 434 485 477

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.