reklam
Boş durma,bir işlə məşgul ol Boş durma,bir işlə məşgul ol https://take.az/uploads/posts/2023-04/medium/1681910570_b5cd092416052008cdf0d31162f9cbaa.jpg
n2006

n2006 İslam Dini 20-04-2023, 07:00

Boş durma,bir işlə məşgul ol

Boş durma,bir işlə məşgul ol
Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Heç bir işlә mәşğul olmayıb boş duran insanlar, dedi-qodu edәr vә ona-buna söz atarlar. Çünki onların zehnlәri dağınıqdır. Bu ‘işsizlik’ insanı çox yorar vә hәmin insanları daima çox yorğun halda görәrsәn. Halbuki, günlәrlә ağır fiziki işdә çalışan insanlar, heç o qәdәr yorula bilmәzlәr..

Hәqiqәtәn dә insan zehni üçün әn tәhlükәli hal — heç bir iş görmәdәn boş durmaqdır. Belә birisi, gah sağa, gah da sola çırpılaraq tәpәdәn aşağı doğru sürücüsüz halda yuvarlanan maşın kimidir.

Özünü boşluqda hiss etdiyin zaman, (özünü) kәdәr, qayğı vә sıxıntılara hazırla. Çünki bu boşluq, sәni hәyatının keçmiş vә -hәlә yaşayıb görәcәyinә ümid olmayan- gәlәcәk xülyalarına doğru sürüklәyәkdir. Belәcә depresiya vә qurtarmayan sıxıntılar qaçınılmazdır. Buna görә mütlәq mәşğuliyyәt tapmağa çalış, әsla boş durma! Çünki boş qalmaq, sakitlәşdirici dәrmanlarla intihar etmәyә bәnzәyәn gizli bir cinayәtdir!

Boş qalmaq — yapon işgәncәsi deyә deyә bildiyimiz ‘su damcılaması’ işgәncәsinә bәnzәyir. Sakit-sakit bәdәnin eyni nöqtәsinә tökülәn damcılar, nәticәdә hәmin hissәni deşәrәk, yavaş-yavaş, insanın qәtlinә sәbәb olacaqdır..

Rahatlıq — bir qәflәt yuxusu, boşluq isә bir oğrudur. Bütün bunların qurbanı isә, darmadağın olmuş ağlındır.

Müsәlman aktiv, faydalı bir şәxsdir, әsla passiv olmaz, boş durmaz. Nә zamanki boşluq hiss etdin, dәrhal qalx tәfәkkür et, Quran oxu, namaz qıl, Rәbbini zikr et, bir şeylәr yaz/oxu.. Әtrafını sәliqә-sәhmana sal vә ya başqalarına faydalı olmağa çalış, yardım et.

Bu dediklәrimizin hamısı bir nәsihәtdir. Hәtta hәkimlәr, faydalı mәşğuliyyәtә qarşılıq olaraq, xoşbәxtliyin 50%-ni tәminat verirlәr. Sәn «boşluq/mәşğuliyyәtsizlik ilanı» tәrәfindәn sancılaraq yatağında göz yaşları tökdüyün zaman, süpürgәçilәrә, bağbanlara, fәhlәlәr bir bax!.. Yorğun olmaları, onların -әn azından sәnә nisbәtәn- qәlb rahatlıqlarına vә xoşbәxtliklәrinә әngәl deyil, әksinә, sәbәb olmuş olur..

Sözün özü: ӘSLA BOŞ DURMA Kİ, MӘNASIZ SIXINTILARA, DEPRESİYAYA DÜÇAR OLMAYASAN VӘ BİL Kİ BU, RӘBBİMİZİN ӘMRİDİR:

فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا

«…elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır…»
(əl-Maidә 48)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
197 218 259 197 211 244

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.