n2006

n2006 özünü 😟 tənha hiss edir. Şeirlər 25-04-2023, 21:00

Hərdən bir yuxuma gəl heç olmasa...

Hərdən bir yuxuma gəl heç olmasa...
Bir gün yad gözlə, yad baxışla mənə,
Bax sənsiz necəyəm bil heç olmasa,
Demirəm özünü bağışla mənə,
Hərdən bir yuxuma gəl heç olmasa.

Sol tərəf içində gizləsəm səni,
Əlim üzərində dinləsəm səni,
Darıxıb,ağlayıb səsləsəm səni,
Hərdən bir yuxuma gəl heç olmasa.

Bir gün buralardan ötərsən deyə,
Gözlədim, darıxıb keçərsən deyə,
Birdən yaddaşımdan itərsən deyə,
Hərdən bir yuxuma gəl heç olmasa.

Kipriyin altında qorunsun özgə,
Gözünün yaşına boğunsun özgə,
Eybi yox cisminə toxunsun özgə,
Hərdən bir yuxuma gəl heç olmasa.

Həyatmı cəkdirir dərd bitməz mənə,
Yüzlərcə,minlərcə sən yetməz mənə,
Görüb ayılsam da fərq etməz mənə,
Hərdən bir yuxuma gəl heç olmasa…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
709 620 602 601 593 521

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.