KiBirLi_PrenS.

KiBirLi_PrenS. Məşhurlar 26-04-2023, 16:00

Rza ilə Hadisədən yazan jurnalistin həbsi tələb olunur

Rza ilə Hadisədən yazan jurnalistin həbsi tələb olunur
Hadisə və Zarrab arasında keçən yazışmaları, müğənninin təyyarə biletlərinin görüntülərini saytlarda yayımlayan jurnalist Yaşar Ç. barəsində aparılan araşdırma yekunlaşıb. Şəxs 2 ayrı cinayətdə günahlandırılıb və barəsində 9 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı tələb irəli sürülüb.

Qeyd edək ki, bir neçə il əvvəl Hadisənin adı R.Zarrabla hallanıb. Hətta Hadisənin keçmiş sevgilisi aktyor Kaan Yıldırım ifaçıdan məhz buna görə ayrıldığını bildirib. Həmin ərəfələrdə iş adamı ilə müğənni Ebru Gündeş yeni boşanmışdı və o, bu münasibət haqqında Kaana xəbər vermişdi. Hətta bu xəbərdən sonra Hadisə Ebru ilə birlikdə münsif kürsüsündə oturduğu "O səs Türkiyə"dən ayrılıb.

Ötən ilin aprelində ailə qurduğu iş adamı Mehmet Dinçerlerdən 4 ay sonra boşanan Hadisənin yenidən Rza ilə münasibətdə olduğu iddia edilib.

İkili arasında keçən yazışmalarla yanaşı, birgə istirahətə yollandıqlarını sübut edən təyyarə biletlərinin görüntüləri yayılmışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 454 405 400 398 445

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.