KiBirLi_PrenS.

KiBirLi_PrenS. Məşhurlar 26-04-2023, 15:00

Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin cəzası ağırlaşdırıldı

Natiq Dağlaroğlunu bıçaqlayan şəxsin cəzası ağırlaşdırıldı
ki, Bakı Apellyasiya Məhkəməsində M.Hüseynovun hökmdən verdiyi şikayətə, həmçinin prokurorluğun protestinə baxılıb. Hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun şikayəti təmin edilməyib.

Məhkəmə prokurorluğun protestini təmin edərək onun cəzasını 1 il artıraraq 4 il müddətinə həbs cəzasına məhkum edib.

Birinci instansiya məhkəməsində M.Hüseynovdan şikayətçi olmadığını və qarşı tərəflə barışdığını bildirən Natiq Dağlaroğlu apellyasiya məhkəməsindəki prosesdə iştirak etməyib.

Qeyd edək ki, toydan sonra oğlunu şadlıq evindən götürməyə gedən Natiq Dağlaroğlu orada 1987-ci il təvəllüdlü Məmməd Hüseynov ilə mübahisə yaşayıb və münaqişə zəminində musiqiçi bıçaqlanıb. M.Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
488 447 507 453 459 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.