n2006

n2006 Mətbəx 27-04-2023, 20:12

Kələm kotleti necə hazırlanır?

Kələm kotleti necə hazırlanır?
LoaDinG.Az saytı sizə kələm kotletinin hazırlanma qaydasını təqdim edirik.

Ərzaqlar:

Kələm – 1 kq

Süd – ½ st

Yarma – ½ st

Unlanmış suxari – ½ st

Yumurta – 3 əd.

Bitki yağı – 3 x.q.



Hazırlanması:

Kələmi təmizləyin, xırda doğrayıb qazana yığın. Üstünə südü əlavə edin, qazanın ağzını bağlayıb plitəyə qoyun və 30-40 dəq bişirin. Hazır kələmin üstünə yarmanı əlavə edin və dayanmadan qarışdırın ki, düyünlər əmələ gəlməsin. 5-10 dəq bişdikdən sonra odun üstündən götürün, duz və yumurtanın sarısını əlavə edib qarışdırın. Sonra isə soyumağa qoyun. Alınmış kütlədən kotlet hazırlayın. Əvvəlcə yumurtanın ağına, sonra isə suxariyə batırıb qızardın. Süfrəyə südlü və yaxud smetanlı sousla verin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
535 592 603 560 501 520

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.