Mələy0001

Mələy0001 Məşhurlar 30-07-2017, 23:00

Teymur Əmraha Gəncədə vəzifə verildi

Teymur Əmraha Gəncədə vəzifə verildi
Teymur Əmraha Gəncədə vəzifə verildi


Əməkdar artist Teymur Əmrah Gəncə Dövlət Filarmoniyasında vəzifəyə təyin edilib.

Loading.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi artıq bir müddətdir, filarmoniyanın direktoru, xalq artisti Samir Cəfərovun müavini vəzifəsini icra edir.

Qeyd edək ki, filarmoniyanın yeni binasının təməli 2012-ci il yanvarın 21-də qoyulub.

Bir hektardan çox ərazidə tikilən altımərtəbəli binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, iki kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılıb. Binada restoran və kafelər, yeraltı qaraj da var. Açılış mərasiminin payızda keçirilməsi nəzərdə tutulur.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
683 703 641 581 607 651

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.