n2006

n2006 Şeirlər 30-04-2023, 16:50

“Sevgim”

“Sevgim”
Əl açıb Allahdan səni istədim,
Dedi mələyimi vermərəm ələ,
Dedim vermirdinsə,niyə sevdirdin?
Dedi bildiyim var bir az səbr elə.

Dedim ki İlahi gücüm çatmır tək,
Verim bu sevgini bir az sən daşı.
Dedi müqəddəsdi Zəmzəm suyutək,
Sevginin uğrunda axan göz yaşı

Dedim ki Allahım günahdı axı
Bəzən ondan ötrü səndən küsürəm
Dedi ki sevginin günahlarını
Qorxma ayağından özüm silirəm.

Dedim onu məndən alır özgələr
Bu da sən yazdığın bir qismətimdi
Dedi ayırsa da sizi döngələr,
Mənim dərgahım da ancaq sənindi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
562 563 493 543 547 575

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.