sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 4-05-2023, 08:30

Saray burması şirniyyatı – RESEPT

Saray burması şirniyyatı – RESEPT
Şərbətli şirniyyatı bir çoxlarımız sevirik. LoadinG.Az damaq dadınızı yeniləyəcək saray burması şirniyyatının reseptini verir.



Saray burması üçün lazım olanlar:

1 ədəd yumurta

Bir fincan duru yağ
Bir fincan qatıq
2 stəkan çəkilmiş qoz
Bir stəkan şəkər tozu
Bir kasa əridilmiş kərə yağı

2 qaşıq sirkə

Apardığı qədər un

Şərbəti üçün:

3 stəkan su
3 stəkan şəkər tozu

Hazırlanması:

Qozdan başqa bütün ərzaqları qarışdıraraq xəmir yoğurun. Xəmiri 5 dəqiqə saxladıqdan sonra bərabər kündələrə bölün. Kündələri oxlovla nazik yayın. Yayılan xəmirin içinə qozu bərabər şəkildə səpin.

Sonra xəmiri rulet formasında bükün. Digər kündələri də eyni şəkildə düzəldib soba qabına yığın. 180 dərəcədə qızdırılmış sobada 30 dəqiqə bişirin.

Bu müddətdə ocağın üzərində şərbətini hazırlayın.

Şirniyyat sobadan çıxdıqdan sonra soyumuş şərbəti şirniyyatın üzərinə tökün. Vəssalam, şirniyyat hazırdır.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
429 417 352 397 332 415

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.