n2006

n2006 Mətbəx 9-05-2023, 15:00

Çiyələkli dondurmanı belə hazırlamısız?

Çiyələkli dondurmanı belə hazırlamısız?
Yay aylarında havanın isti keçməsi dondurmaya olan təlabatı artırır. Təbii ki, əksəriyyət dondurmanı satın almağa üstünlük verir, ancaq şübhəsiz, dondurmanı ev şəraitində də hazırlaya bilərsiniz. LoadiNG.Az bu gün sizə çiyələkli dondurmanın hazırlanma qaydası haqda məlumat verəcəyik.



İçindəkilər

Qaymaq 1 stəkan (275ml)

Qatılaşdırılmış süd 1 banka

Çiyələkli krem şanti 1paket (icərisindəki 2 bağlamanın hamısı)

Çiyələk 250 qr



Hazırlanması:

Əvvəlcə çiyələkləri yaxşıca yuyub blenderdən keçiririk. Əzdiyimiz meyvəni soyuq qalması üçün soyuducuya qoyuruq. Sonra bir qab götürüb qaymağı əlavə edib bərkiyənə qədər qarışdırırıq və qatılaşdırılmış südü əlavə edib bir neçə dəqiqə çalırıq. Daha sonra krem şantini qatırıq bir az qarışdırıb əzilmiş çiyələkləri tökürük və məhsulları birlikdə bərkiyənə qədər qarışdırırıq. Dondurmanın artıq bərkidiyini hiss etdikdə qaba yığıb soyuducuya qoyuruq. 3-4 saat sonra soyuducudan çıxarıb qablara servis edə bilərsiz.

Onuda qeyd edək ki, məhsulu hazırlamaq üçün istifadə etdiyimiz qabı, qaymağı və mikserin başlıqlarını əvvəlcədən 20-25 dəqiqə soyuducuda saxlayırıq.

Hazırlayan hər kəsə nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
469 441 404 388 404 398

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.