ice berg

ice berg Xəbərlər 9-05-2023, 18:30

"Avroviziya" bu gün başlayır

"Avroviziya" bu gün başlayır
Bu gün "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

LoaDinG.aZ xəbər verir ki, 67-cisi keçirilən yarışma Liverpulda olacaq. Bu gün 15 ölkə səhnəyə çıxacaq. Onlar arasında Azərbaycan təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşları da yer alacaq. Əkizlər 12-ci nömrə altında səhnəyə çıxacaqlar.

Axşam səhnəyə çıxacaq digər ölkələr isə Norveç, Malta, Serbiya, Latviya, Portuqaliya, İrlandiya, Xorvatiya, İsveçrə, İsrail, Moldova, İsveç, Çexiya, Niderland və Finlandiyadır.

"Avroviziya 2023" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhçisi Azər Süleymanlıdır.

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinal 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları "Tell me more" mahnısı ilə təmsil edəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
496 494 477 518 493 458

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.