n2006

n2006 Mətbəx 10-05-2023, 07:00

Qırmızı bibər konservini belə hazırlayın

Qırmızı bibər konservini belə hazırlayın
LoaDinG.Az bu dəfə sizi qırmızı bibər konervasının resepti ilə tanış edəcəy.



Tərkibi:

5 kq qırmızı bibər, 2-4 dəstə (zövqə görə) kərəviz (yarpaqları), 10 dişdən 300 qr-a qədər sarımsaq (zövqə görə), 600 ml-dən 1 litrə qədər (zövqə görə) duru yağ, Üzüm sirkəsi 300 və ya 500 ml (zövqə görə), qara yumru istiot , duz 2 x/q dolu, şəkər tozu 1x/q dolu, dəfnə yarpağı 3-4 ədəd, 1.2 litir su.



Hazırlanma qaydası:

Bibərləri yuyub təmizləyirik, sonra uzununa doğrayırıq. Daha sonra qazana suyu və bütün lazım olan ərzaqları əlavə edib ocağın üzərinə qoyuruq. Doğradığımız bibərləri isə ən sonda qazana əlavə edib qoyuruq bişməyə. Tez-tez nəzarət etməliyik ki, bibərlər əriməsin. Bir azca yumşalanda qazanı ocaqdan götürürük. Bankalara doldurub qaynamağa qoyuruq. Qazanda su qaynamağa başladıqdan sonra saata baxırıq və 40 dəqiqə sonra bankaları götürürük. Qapaqlarını bağlayıb 1 gün tərs çevirib saxlayırıq. Sonra qış üçün sərin yerdə durmalıdır.



Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
444 448 342 413 412 419

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.