n2006

n2006 Mətbəx 13-05-2023, 12:27

“Zümrüd” salatı – RESEPT

“Zümrüd” salatı – RESEPT
LoadinG.Az görüntüsü ilə gözoxşayan, dadı ilə qəlbi ovsunlayan “Zümrüd” salatının reseptini təqdim edir:



İnqrediyentlər:

200 qram vetçina

3 ədəd yumurta

150 qram yeməli göbələk

100 parmezan pendiri

1 ədəd baş soğan

Mayonez

Duz

Bəzək üçün 2 ədəd xiyar



Hazırlanması:

Vetçinanı kubik şəklində doğrayın.

Yumurtanı qaynadın və qabığını təmizlədikdən sonra xırda kubik şəklində doğrayın.

Soğanı və göbələkləri doğrayıb üzərinə az miqdarda bitki yağı əlavə edib qızardın.

Pendir sürtgəcdən keçirin.

Xiyardan başqa bütün ərzaqları qarışdırın, duz, istiot, mayonez vurun.

Boşqabda salatı təpə formasında yığın, xiyarı nazik halqa formasında doğrayın və arada boşluqlar buraxmaqla şəkildəki formada düzün.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
439 426 401 438 408 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.