ice berg

ice berg Məşhurlar 14-05-2023, 18:00

"Avroviziya 2023"ün qalibi məlum oldu

"Avroviziya 2023"ün qalibi məlum oldu
"Avroviziya 2023"ün qalibi İsveç təmsilçisi Lorin seçilib.

O ifa etdiyi "Tattoo" mahnısı ilə hamını qabaqlayaraq (583 xal) ilk pillədə yer alıb. İfaçı həm tamaşaçıların, həm də münsiflərin yüksək səsini qazana bilib. İkinci yerdə isə Finlandiya təmsilçisi qərarlaşıb (523 xal). İlk üçlüyü İsrail tamamlayıb (362 xal).

Qeyd edək ki, bu, Lorinin müsabiqədə ikinci qələbəsidir. Bundan əvvəl o, "Euphoria" mahnısı ilə 2012-ci ildə Bakıda keçirilən yarışmada qalib gəlib.

Xatırladaq ki, Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində Tural və Turan Bağmanov qardaşları "Tell me more" mahnısı ilə təmsil edib, lakin onlar yarışmanı yarımfinalda başa vurublar.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
545 497 436 497 426 490

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.