n2006

n2006 Mətbəx 14-05-2023, 20:00

Badımcan mürəbbəsini belə hazırlayın

Badımcan mürəbbəsini belə hazırlayın
Take.Azbu dəfə sizə badımcan mürəbbəsinin resepti ilə tanış edəcəyik.



Tərkibi:

Badımcan 1 kiloqram, şəkər tozu 1.200 qram, su 600 ml, 1 limon və ya suyu, 2-3 ədəd mixək (gərənfil) və ya hil duz, çay sodası



Hazırlanma qaydası:

Badımcanları yuyub, soyur, 20-25 dəqiqə duzlu suda saxlayırıq. Sonra təmiz su ilə yuyub sodalı suya qoyuruq. 2 saat saxlayıb, sonra yenidən təmiz su ilə yuyuruq. Qazana qaynar su və badımcanları əlavə edib 5 dəqiqə qaynadırıq. Sonra həmin suyu töküb, hər kiloya 3 stəkan olmaqla təmiz su və mürəbbə üçün nəzərdə tutduğumuz şəkər tozunun yarısını əlavə edib badımcanları bişirməyə başlayırıq.

Badımcanları şərbətin içində yarım saat bişirib götürürük. Daha sonra ədviyyatı və şəkər tozunun qalanını töküb kənarda saxlayırıq və yenidən bişiririk. Badımcanlar şəffafdırsa suyunu boşqaba tökürük, əgər axmırsa deməli mürəbbə artıq hazırdır.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
413 448 352 404 409 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.