n2006

n2006 Qadın Dünyası 16-05-2023, 10:00

Baxımlı olmağın qadınların özgüvənini artıraraq

Baxımlı olmağın qadınların özgüvənini artıraraq
Baxımlı olmağın qadınların özgüvənini artıraraq daha xoşbəxt yaşamalarına səbəb olduqları bir gerçəkdir.
Baxımlı olmaq sadəcə ən yeni makyaj ləvazimatlarını əldə etmək və ya onlardan istifadə etmək demək deyil. Bu yazımızda baxımlı olmaq üçün makyaj etməkdən başqa edilməsi lazım olanları sizinlə paylaşırıq.

Təmizliyə diqqət edin

Baxımlı olmağın əsas şərti təmizlikdir. Gündəlik makyajınızı təmizləməmiş yatmamalı, hər səhər duş qəbul etməmiş evdən çıxmamalısınız. Dişlərinizin təmizliyinə önəm verməli, müntəzəm olaraq fırçalamaqla qalmamalı, diş ipi və ağız qarqarası istifadə etməlisiniz. Buna baxmaraq dişlərdə saralma olduqda diş həkiminə gedib təmizlətdirməlisiniz. İstənməyən tüklərin görünməsinin qarışısını almalı, üzə və bədənə epilyasiya etdirməlisiniz. Qaşlara daima nəzarət edilməli, sıranı pozan tüklərdən qurtulmalısınız.

Dərinizə qulluq edin

Makyaj dərinizə mənfi təsir göstərir. Gecələri sadəcə makyajınızı təmizləməklə qalmayıb, qara nöqtələrə və sızanaqlara qarşı kosmetik vasitələrdən faydalanmalısınız. Təbii qulluq vasitələrindən istifadə etməlisiniz. Vanna qəbul etdikdən sonra nəmləndiri kremləri istifadə etməlisiniz.

Saçlarınızı gözalıcı edin

Şampun reklamlarında gördüyümüz qadınların saçlarına sahib olmaq heç də çətin deyilş Şampunla birlikdəmütləq saç kremi/balzam istifadə etməli, saçınızı yaşkən daramalı və elektriklənməyə qarşı saç spreyindən istifadə etməlisiniz.

Ağır makyajdan uzaq durun

Siyahımızın sonunda düzgün makyaj etmək yer alır. Etmək istədiyiniz makyajı əvvəlcədən yoxlamalı və sizə uyğun olub olmadığını görməlisiniz. Ağır makyajdan qaçmalı və üzünüzə yaraşan gözəl makyaj etməlisiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
470 479 521 482 468 519

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.