reklam
“General Motors” yeni retro üslublu avtomobilini təqdim etdi “General Motors” yeni retro üslublu avtomobilini təqdim etdi https://take.az/uploads/posts/2023-05/thumbs/1684248346_64638494d0aed64638494d0aee168424360464638494d0aeb64638494d0aec.jpg
ice berg

ice berg Avto Dünya 16-05-2023, 20:02

“General Motors” yeni retro üslublu avtomobilini təqdim etdi

“General Motors” yeni retro üslublu avtomobilini təqdim etdi

“Buick LaCrosse” 2023 sedanı 1,5 litrlik (180 at gücündə) və 2,0 litrlik (237 at gücündə) benzin turbo mühərrikləri təklif edib.

Take.aZ xəbər verir ki, Çində dördüncü nəsil “Buick LaCrosse” nümayiş olunub.

“General Motors”un rəsmi saytında verilən məlumata görə, premium E-klass sedanı 25 800 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.

2023 “Buick LaCrosse” yeni korporativ görünüşə malikdir. O, “Buick Envicta” krossoverinə və “Electra E5” elektromobilinə bənzəyir. Avtomobilin açıq-aşkar burnu, geniş radiator barmaqlığı və nazik LED faralardan ibarətdir.

Ölçülərə gəlincə, avtomobilin uzunluğu 4996 mm-dir; eni - 1866 mm, hündürlüyü - 1472 mm, təkər bazası isə 2905 mm-dir.

Ön paneldə 30 düymlük böyük ekran var. Sükan dörd dillidir. Həmçinin salonda iki səviyyəli mərkəzi konsol var. Baqajın həcmi 506 litrdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
98 88 95 103 86 88

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.