ice berg

ice berg Mətbəx 8-05-2023, 20:31

Özbək plovu

Özbək plovu
Tərkibi

1 kq düyü

1 kq qoyun əti

1 kq yerkökü

300 ml duru yağ

4 ədəd soğan

2 ədəd qurudulmuş acı bibər (çox böyük olmasın)

2 baş sarımsaq

1 x/q zirinc

1 x/q cirə

1 ç/q keşniş toxumu

Duz

Əvvəlcə düyünü yuyuruq. Düyünün suyu tam şəffaflaşana qədər yumağa davam edirik.

Qoyun ətini yuyuruq və doğrayırıq. 3 ədəd soğanı və yerköküləri yuyub təmizləyirik. Soğanı nazik-nazik, yerkökünü isə 1sm qalınlığında uzunsov doğrayırıq. Sarımsaqların üstünün qabığını təmizləyirik, amma dişlərə ayırmırıq (şəkildəki kimi).

Divarları qalın olan bir qazan götürün və onu qızdırın. Daha sonra buraya yağı əlavə edin. Yağ qızdıqdan sonra kənarda saxladığımız 1 ədəd soğanı bu yağın içinə qoyun. Soğanın rəngi qaralana qədər qızardın. Daha sonra rəngi qaralmış soğanı tavadan çıxardın (şəkildəki kimi)

İndi isə soğançanı hazırlayaq. Doğradığımız soğanı tavanın içinə tökürük, qızılı rəng alana qədər bişiririk. (təxminən 7 dəqiqə). Daha sonra əti əlavə edirik və qızarana qədər bişiririk.

Daha sonra yerkökünü əlavə edirik və qarışdırmadan 3 dəqiqə qızardırıq. Daha sonra hamısını qarışdırıb 10 dəqiqə yenə bişiririk. (arada yüngül qarışdırmaq olar). Cirəni və keşnik toxumlarını ya əlinizdə ya da bir qabda əzib zirinc və duzla birlikdə yeməyimizə əlavə edirik. Sobanın istiliyini biraz azaldırıq və yerkökü yumşalana qədər 7-10 dəqiqə bişiririk. Daha sonra qazana 2 sm hündürlüyündə qaynar su tökürük və üzərinə acı bibərləri qoyuruq. Sobanın istiliyini biraz da azaldıb, sərin temperaturda 1 saat bişiririk.

Təmiz olması üçün düyünü bir daha yuyuruq və suyunun çəkilməsini gözləyirik. Daha sonra düyünü hazır olan qarışımın üzərinə bərabər miqdarda qoyuruq. Sobanın istiliyini artırırıq. Qazana şəkildəki kimi qaşığın köməkliyi ilə düyünün üstünü örtəcək qədər qaynar su tökürük.
Su çəkilməyə başlayanda sarımsaqları aşın içinə basdırın, sobanın istiliyini orta dərəcəyə endirin və düyü bişənə qədər aşı bişirin.

Aşın üstünə bir qab qoyub, sobanın istiliyini azaldıb 30 dəqiqə aşı dəmlənməyə qoyun.

Nuş olsun! :.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
493 428 358 427 434 396

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.