reklam
Mercedes-AMG GT R yürüşə hazırdır Mercedes-AMG GT R yürüşə hazırdır http://take.az/uploads/posts/2017-07/1501503031_1501486361.jpg
V_L

V_L Avto Dünya 31-07-2017, 15:11

Mercedes-AMG GT R yürüşə hazırdır

Mercedes-AMG GT R yürüşə hazırdır
Mercedes-AMG GT R yürüşə hazırdır


Mercedes-Benz şirkəti superkar AMG GT-nin yürüş versiyasını təqdim edib. O, GT4 kateqoriyasının tələblərinə uyğun hazırlanıb. Bu sinifdəki yarışda daha təcrübəli pilotlar iştirak edə bilirlər. Onların avtomobilləri minimal dəyişikliyə məruz qalır.

Trek üçün nəzərdə tutulan Mercedes-AMG GT4 test yürüşü zamanı 30 min kilometrdən çox məsafə qət edib. Bundan əlavə, superkar Almaniyanın Lauzitsrinq avtodromunda 30 saat hərəkət edib.

Standart model kimi, yürüş superkarı da 4-litrlik, 510 a.g. və 600 Nm fırlanma anı verən, iki turbinli V8 ilə təchiz edilib. Dartma gücü arxa təkərlərə ötürülür. Mühərrik 6-pilləli sekvental sürət qutusu ilə birgə işləyir.

Avtomobilin çəkisi 1390 kq-dır. Bu, standart Mercedes-AMG GT R-dan 240 kq yüngüldür. Çəkinin azalması səs izolyasiyasından, iqlim qurğularından, o cümlkədən ikinci dərəcəli ləvazimatlardan imtina sayəsində mümkün olub.

Mercedes-AMG GT4 yerindən 100 km/saata 4 saniyədən də tez sürətlənir, maksimal sürət isə 250 km/saatdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
455 326 410 303 419 367

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.