sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 18-05-2023, 18:00

“Makaron” tortu necə hazırlanır?

“Makaron” tortu necə hazırlanır?
Vaxtaşırı oxucularını mətbəx nümunələri ilə tanış edən LoadİNg.az saytı bu dəfə sizə makaron tortunun hazırlanma qaydasını təqdim edir.



İnqrediyentlər

60 qr. super sun yağı

300 qr. qiymə

2 diş sarımsaq(əzilmiş)

4 x.q.pomidor püresi

3 ədəd sürtgəcdən keçirilmiş pomidor

1 ç.q. duz

1 ç.q. istiot

1 paket qalın kəsmə makaron

80 qr. toz parmezan pendiri

100 qr. sürtgəcdən keçirilmiş holland pendiri



Hazırlanma mərhələsi

Makaronlar qaynar suda təxminən 8-10 dəqiqə bişirilir. Suyu süzülən makaronlar parmezanla qarışdırılır. Yağlanmış kek qabına makaronlar dik formada düzülür. İsidilmiş tavada yağ əridilir, qiymə qovrulur. Sarımsaq, pomidor püresi və sürtgəcdən keçirilmiş pomidor əlavə edildikdən sonra pomidorlar bişənə qədər orta odda bişirilir. Duz və istiot səpilir. Makaronların üzərinə qiyməli qarışım əlavə olunur. Holland pendiri səpilib 190 dərəcədə 15 dəqiqə bişirilir. Bişdikdən sonra 10 dəqiqə saxlanılır, sonra servis edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
541 484 526 503 580 442

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.