n2006

n2006 Mətbəx 20-05-2023, 10:00

Tərəvəzli balığı necə hazırlamalı? – RESEPT

Tərəvəzli balığı necə hazırlamalı? – RESEPT
Əgər siz də günə “bu gün nə bişirim?” sualı ilə başlayan xanımlardansınıızsa, onda LoaDinG.Az saytının bu yazısı məhz sizin üçündür. Bu gün sizə tərəvəzli balıq hazırlamağın qaydasından bəhs edəcəyik.



İçindəkilər

Kərə yağı – 1 x.q.

Ağ ətli balıq – 4 ədəd

Çörək – 2 dilim

Sürtgəcdən keçirilmiş holland pendiri – 50 qr.

Xardal – 1 x.q.

Kök – 2 ədəd

Kartof – 4 ədəd

Bibər – 1 ədəd

Duz, istiot



Hazırlanması

Balıqları təmizləyib yuyun. Suyunu süzüb üzərlərinə duz, istiot səpin. 5-10 dəqiqə marina edin. Balıqların hər iki tərəflərinə kərə yağı çəkib alimunium kağıza bükün. Orta dərəcəli sobada 8-10 dəqiqə bişirin. Çörəyin içini ovub alimunium folyaya səpin, sobada qızardın. Sobadan götürün çörəkləri pendir və xardalla qarışdırın. Balıqları soba qabına düzün, hazır olan çörəkli qarışımı balıqların üzərinə yayın. Yenə orta dərəcəli sobada 8-10 dəqiqə bişirin. Kök və kartofları təmizləyin, kök və bibəri uzun, kartofu isə iki yerə bölərək doğrayın. Hamısını duzlu suda 10 dəqiqə bişirin. Balıqları sobdan çıxarıb servis qabına qoyun, tərəvəzlərlə birlikdə servis edin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
400 403 368 425 370 399

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.