n2006

n2006 Mətbəx 22-05-2023, 08:00

“Nutellalı peçenye”: Çay süfrənizin xilaskarı

“Nutellalı peçenye”: Çay süfrənizin xilaskarı
Dörd ərzaqla hazırlana bilən, çox asan və dadlı olan bu peçenyeni sevəcəksiniz. Söhbət “Nutellalı peçenye” dən gedir. Bu gün LoadinG.Az sizə “Nutellalı peçenye”nin hazırlanma qaydasını təqdim edir. Çox az müddətdə hazır olacaq bu şirniyyat gözlənilməz qonaqlar gəldiyində çay süfrənizi bəzəyərək sizi qurtarmış olacaq. Eyni zamanda bu peçenyeləri uşaqlar da çox sevəcək. Hazırsınızsa, başlayaq.

Şirniyyatı hazırlamaq üçün bizə lazım olan ərzaqlar:

Xəmiri üçün

1 yumurta
3/4 stəkan Nutella
1 stəkan un

Üstü üçün

1/2 stəkan Nutella
1/2 stəkan qoz

Xəmir hazırlamaq üçün yumurta, un və nutellanı birlikdə qarışdırırıq. Xəmiri plastik bir örtüylə örtüb, təxminən 15 dəqiqə istirahət etməsi üçün kənara qoyuruq. Daha sonra xəmirdən hissələr ayıraraq top şəklinə salırıq. Baş barmağımızdan istifadə edərək ortada kiçik çuxur yaradırıq. Daha sonra həmin çuxuru nutella ilə doldurub qoz əlavə edirik. Maraqlı görünüşlü, ləziz dadlı şirniyyatımız hazırdır.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
403 455 364 434 344 350

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.