sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 22-05-2023, 15:45

Qabırğa dolmasını belə hazırlayın

Qabırğa dolmasını belə hazırlayın
Take.aZ bu dəfə sizə qabırğa dolmasının hazırlanmasından bəhs edəcək.



Tərkibi:

500 qram üst pərdəsi alınmamış qabırğa (istədiyiniz böyüklükdə)

1 xörək qaşığı kərə yağı

1 su stəkanı düyü

Bir yarım su stəkanı su

1 dəstə cəfəri

50 qram qaynadılmış və qovrulmuş badam, duz


Hazırlanması:

Əvvəlcə iç plovu hazırlayın. Bunun üçün, kərə yağını qazana qoyub əridin. Yuyulub suyu süzülmüş düyünü, badamı və duzu əlavə edin. 1-2 dəqiqə qovurub, bir yarım su stəkanı su əlavə edin. Qazanın qapağını örtüb az odda plov suyunu çəkənə qədər bişirin. Daha sonra qazanı oddan götürüb, plovun üzərinə az doğranmış cəfəri səpin. Qabırğanın qol qisimi ilə arasındakı boşluğa iç plovu doldurub tikin. Buxarlı qazanda ya da benmari üsulu 6-8 saat bişirib servis edin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
422 420 441 415 395 436

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.