n2006

n2006 Mətbəx 31-05-2023, 12:00

Tomat supu

Tomat supu
Tomat supu dadlı şoraba növlərindən biridir. Evlərdə və restoranlarda bu şorabadan çox hazırlanılır. Hazırlanma qaydası çox asan, dadı isə əladır. Ucuz başa gələn bu supu siz də evinizdə tez-tez hazırlaya bilərsiniz. Eyni zamanda pomidor supu çox xeyirlidir. İndi isə keçək necə hazırlanmasına.

Deməli sizə aşağıdakı ərzaqlar lazım olacaq:

3 xörək qaşığı kərə yağı
2 xörək qaşığı un
2 xörək qaşığı tomat pastası
6 iri yetişmiş pomidor
Duz, istiot
Bir çimdik şirin bibər tozu (paprika; mütləq deyil)
4-5 stəkan su
Pendir (bunlardan biri ola bilər – kaşar pendiri, Holland pendiri, mozarella pendiri) – sürtkəcdən keçirin.

Hazırlanma qaydası:

Kərə yağın əridin. Üzərinə tomatı əlavə edib qarışdırın. Unu da əlavə edib dayanmadan qarışdırın.
Pomidorları sürtkəcdən keçirin, yaxud blenderlə püre edin. Un qarışımın üstünə əlavə edib qarışdırmağa davam edin.
Şirin bibərləri də doğrayıb bu qarışıqda yağda qızardın.
Duzunu, istiotunu da əlavə edib qarışdırın.
Üzərinə su alıb qaynamağa qoyun.
Bişdikdən sonra pendirləri də üzərinə əlavə edib servis edin. Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
483 453 364 412 421 442

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.