Abbas Məmmədov

Abbas Məmmədov özünü 🙃 xoş hiss edir. Şeirlər 2-06-2023, 17:30

Məni, xoşdur baxışından asıb edam edəsən !

Məni, xoşdur baxışından asıb edam edəsən !
Məni, xoşdur baxışından asıb edam edəsən !
Sonra hər gün baxıb əhvalıma, bayram edəsən!

Ye səhərlər gözümün qarasını,nuşi-canın
Verərəm axşam özüm ağlarını, şam edəsən!

Tellərindən asılıb qalmağım əyləncə deyil Çəkdikcə dara məni gündüzü axşam edəsən .

İstəyim, Tanrı ,budur səndən o cəllad mələyi
Əbədi tək məni edam üçün ezam edəsən .

Kirpiyindən əgər illərlə asılsam qalsam
Ölərəm, istəmərəm halıma əncam edəsən.

Bezmərəm, ac-yalavac hey dolaşam çöhrəndə
Bəs edər bircə təbəssüm mənə ənam edəsən.

Xoşdursa ,Qəhrəman, ölmək o baxışlarda sənə
Gərək öz qatilinə hər gün ehtiram edəsən!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 598 513 515 532 490

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.