ice berg

ice berg Maraqlı 3-06-2023, 15:00

Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı “Firuze” kimdir?

Hər kəsin sevərək dinlədiyi məşhur mahnıdakı “Firuze” kimdir?
Türkiyə pop musiqisinin kraliçası Sezen Aksunun 1982-ci ildə səsləndirdiyi “Firuze” mahnısı illər sonra meqastar Tarkanın ifasında eşidildi. Hər kəs “Firuze”nin həsrət dolu bir sevgi hekayəsi olduğunu düşünür, o gözəl Firuzəyə olan böyük sevgini qısqanırdı. Halbuki mahnı bir ananın öz qızına ithaf etdiyi əsər idi.

Bu mahnının sözlərinin və musiqisinin müəllifi ssenarist, bəstəkar, şair və aktrisa Aysel Güreldir. O, əsəri yazıb Sezen Aksuya təqdim edib. Türkiyədə sənət aləmində “Dəli Aysel” adıyla tanınan Aysel Gürel çox üsyançı, modern düşüncəli bir qadın idi. O mahnını qızı, aktrisa Müjde Ara həsr edib. Bunun da səbəbi var idi.

Müjde Ar zahirən çox gözəl, bir o qədər də cəsur bir qadın olaraq türk kinosunda açıq- saçıq səhnələri oynamaqdan çəkinməyən, qadınlara qarşı seksual təcavüzləri tez-tez dilə gətirən bir sənətkardır. O illər boyu qadın haqlarını müdafiə edib, ən cəsur rollarda çəkilib. Lakin özü qadın xoşbəxtliyini tapa bilməmişdi. Aysel Gürel hər nə qədər qızının sənətinə heyran olsa da, taleyindən narahat idi. Müjdenin gözəlliyini ilk bahar yaşıllığına bənzədir, gözəl qızının öz həyatından çox qurbanlar verdiyini düşünərək yazırdı:

Kıskanır rengini baharda yeşiller
Sevda büyüsü gibisin sen Firuze
Sen nazlı bir çiçek, bir orman kuytusu
Üzüm buğusu gibisin sen Firuze
Duru bir su gibi, bazen volkan gibi
Bazen bir deli rüzgar gibi
Gözlerinde telaş, yıllar sence yavaş
Acelen ne bekle, Firuze


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
524 482 514 514 508 527

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.